Bank Of Baku

Azərbaycanın BMT yanında daimi nümayəndəsi Baham Adalarının Xarici İşlər Nazirliyinin Baş direktoru ilə görüşub

Azərbaycanın BMT yanında daimi nümayəndəsi Baham Adalarının Xarici İşlər Nazirliyinin Baş direktoru ilə  görüşub
# 18 may 2010 22:27 (UTC +04:00)
Бакı-APA. Baham Adalarında işğuzar səfərdə olan Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Akşın Mehdiyev Baham Adaları Xarici İşlər Nazirliyinin Baş direktoru Joşua Sears ilə ikitərəfli görüş keçirib.

Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyindən APA-ya verilən xəbərə görə görüş zamanı Baham Adaları Baş Nazirinin müavini və xarici işlər naziri Teodor Brent Symonetteyə ünvanlanmış Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun məktubu təqdim olunub.
Mehdiyev Ermənistan-Azərbaycan münaqişəsi və Ermənistanın işğalçı siyasətinin davam etdirilməsi, həmçinin Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələri barədə həmsöhbətə məlumat verib.
Görüşdə həmçinin ikitərəfli münasibətlərin genişləndirilməsi yolları, ölkələrimizin maraq göstərdiyi müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri və iki ölkə arasında münasibətlərin hüquq-müqavilə bazasının təkmilləşdirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Tərəflər həmçinin müxtəlif beynəlxalq təşkilatlarda əməkdaşlığın möhkəmləndirilməsi imkanları ətrafında müzakirələr aparıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR