Bank Of Baku

ABŞ rəsmi surətdə hindulardan üzr istəyib

ABŞ rəsmi surətdə hindulardan üzr istəyib
# 20 may 2010 03:52 (UTC +04:00)
Bakı-APA. ABŞ hökuməti rəsmi surətdə Şimali Amerikanın yerli xalqlarından üzr istəyib. Konqresin müvafiq qətnaməsi 5 əsas hindu xalqının nümayəndələrinin qarşısında oxunub.

Qətnamədə rəsmilər hindulara qarşı düşünülməmiş siyasətə, soyğunçuluğa və Şimali Amerikanın yerli xalqları ilə bağlanmış müqavilələrə əməl olunmamağına görə onlardan üzr istəyirlər. Eyni zamanda qeyd olunur ki, sənəd hinduların ABŞ hökumətinə qarşı hər hansı məhkəmə iddiası qaldırması üçün əsas ola bilməz.

Sənədi onun müəllifi senator Sem Braunbek oxuyub. Çeroki tayfasının nümayəndəsi Çad Smitin sözlərinə görə, hinduların çoxu xüsusi olaraq üzr tələb etməsələr də, ABŞ rəsmilərinin bu jestinə müsbət yanaşıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR