Bank Of Baku

Vaşinqtonda ABŞ-Türkiyə danışıqları keçirilir

Vaşinqtonda ABŞ-Türkiyə danışıqları keçirilir
# 21 may 2010 12:26 (UTC +04:00)
Türkiyə baş nazirinin müavini Cəmil Çiçək ölkəsinin Ermənistan və İranla münasibətlərini müzakirə etmək üçün ABŞ-a gedib

Vaşinqton. İzabel Levin-APA. Vaşinqtonda səfərdə olan Türkiyə baş nazirinin müavini Cəmil Çiçək ABŞ dövlət katibinin müavini Ceyms Steynberg və ABŞ-ın terrorçuluğa qarşı mübarizə üzrə koordinatoru, səfir Daniel Benjaminlə görüşərək regional təhlükəsizlik məsələlərini müzakirə edib.

APA-nın Vaşinqton müxbirinin məlumatına görə, Türkiyə rəsmisi İran və Ermənistanla münasibətlər məsələlərini, həmçinin regionda sülh və əməkdaşlıq məsələsini ABŞ rəsmiləri ilə müzakirə etmək üçün Vaşinqtona gəlib.

Rəsmi Vaşinqton danışıqların detalları barədə məlumat verməyib.

“Bir neçə aydır biz Türkiyə ilə bir sıra danışıqlar aparırıq” deyə ABŞ dövlət katibinin müavini Filip Krouli keçirdiyi brifinqdə bildirib. O bildirib ki, görüş konstruktiv keçib və tərəflər bir sıra məsələlərlə bağlı öz fikirlərini ifadə ediblər.

Cəmil Çiçək həmçinin Vaşinqtonda türk diasporunun üzvləri ilə görüşüb. Diaspor üzvləri APA-ya bildiriblər ki, görüş zamanı Cəmil Çiçək türk icmasının Vaşinqtonda və BMT-də erməni diasporuna qarşı fəaliyyətini yüksək qiymətləndirib. O bildirib ki, Türkiyənin müsbət imicini yaratmaq bütün dünyaya Türkiyənin dost və sülhsevər ölkə olduğunu göstərmək üçün vacibdir.

O türklər və azərbaycanlıların ermənilərə qarşı keçən ay keçirdiyi etiraz aksiyasını xatırladıb və ABŞ-dakı türk və Azərbaycan icmalarının əməkdaşlığını yüksək qiymətləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR