Bank Of Baku

ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə Metyu Brayzanın namizədliyi irəli sürülüb

ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə Metyu Brayzanın namizədliyi irəli sürülüb
# 26 may 2010 01:30 (UTC +04:00)
APA-nın Vaşinqton müxbirinin verdiyi xəbərə görə, bu barədə Barak Obama administrasiyasının məlumatında deyilir.

Məlumatda qeyd olunur ki, “Metyu Brayza ABŞ xarici siyasət idarəsinin təcrübəli əməkdaşıdır. Hazırda ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavinidir”.

Metyu Brayza 1988-ci ilin avqustunda ABŞ-ın xarici siyasət idarəsində fəaliyyətə başlayıb. O son olaraq 2005-2009-cu illərdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini vəzifəsində çalışıb. Sabiq həmsədr hazırda ABŞ-ın Qafqaz və Cənubi Avropa ölkələri ilə əlaqələr sahəsinə məsul şəxsdir. Brayza həmçinin Gürcüstandakı münaqişələrinin sülh yolu ilə nizamlanmasına nail olmaq üçün ABŞ-ın səylərini koordinasiya edir və Avrasiya məkanında münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişə nail olmaq üçün aparılan danışıqlarda xüsusi vasitəçi rolunu oynayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR