Bank Of Baku

BP neftin axmasının qarşısını almaq üçün son səylərə başlayıb

BP neftin axmasının qarşısını almaq üçün son səylərə başlayıb
# 28 may 2010 00:09 (UTC +04:00)
Bakı-APA. BP neft şirkəti bildirir ki, Meksika körfəzində neft axıntısının qarşısını almaq üçün şirkət planlaşdırdığı kimi bugün yeni əməliyyata başlayıb.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, ancaq rəsmilər “Top kill” əməliyyatının uğurlu olacağına təminat verməyib. Son səylər dünən başlayıb. Məqsəd quyunun ağzını qapamaqla neft axıntısının qarşısını almaqdır. BP-nin icraedici direktoru Toni Heyvard bildirib ki, 24 saatdan sonra əməliyyatın uğurlu olub-olmadığını söyləmək olacaq. BP rəsmiləri əməliyyatın uğurlu olma şansını 60-70% göstərici ilə qiymətləndirir. Çünki quyu 1500 metr dərinlikdədir, “Top Kill” əməliyyatı isə heç vaxt bu qədər dərinlikdə aparılmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR