Bank Of Baku

ABŞ Dövlət katibi Azərbaycanın Respublika Günü ilə bağlı bəyanat verib

ABŞ Dövlət katibi Azərbaycanın Respublika Günü ilə bağlı bəyanat verib
# 28 may 2010 02:30 (UTC +04:00)
Vaşinqton. İzabel Levin - APA. ABŞ Dövlət katibi Hillari Klinton Azərbaycanın Respublika Günü ilə bağlı bəyanat verib.

APAnın Vaşinqton müxbirinin verdiyi xəbərə görə, bəyanatda deyilir: “ABŞ prezidenti və Amerika xalqı adından Azərbaycan xalqına 28 May Respublika Günü münasibətilə ən səmimi arzularımı çatdırıram. Zəngin tarixinizin və müstəqillik qazanandan sonra əldə etdiyiniz inkişafa qatılırıq”.

“Amerika Birləşmiş Ştatları Azərbaycan ilə qarşılıqlı hörmət və qarşılıqlı maraqlara əslanan əməkdaşlığı yüksək qiymətləndirir. Biz ölkələrimiz arasında yaxın əlaqələrin sonra daha da möhkəmlənəcəyinə ümid edirəm. bu bayram günündə sizə sülh, əminamanlıq daim mehribançılıq arzulayıram”, - bəyanatda deyilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR