Bank Of Baku

Azərbaycan Demokratik Respublikasının yaradılmasının 92 illiyi münasibəti ilə Nyu Yorkda silsilə tədbirlər keçirilib.

Azərbaycan Demokratik Respublikasının yaradılmasının 92 illiyi münasibəti ilə Nyu Yorkda silsilə tədbirlər keçirilib.
# 29 may 2010 20:35 (UTC +04:00)
Bakı-APA.Azərbaycan Demokratik Respublikasının yaradılmasının 92 illiyi-Respublika Günü münasibəti ilə Nyu Yorkda silsilə tədbirlər keçirilmişdir.

BMT yanında Daimi Nümayəndəliyidən АPA-ya verilən xəbərə görə 24 may tarixində Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi tərəfindən Nyu Yorkda rəsmi ziyafət təşkil edilmişdir. Ziyafətdə BMT rəhbərliyinin nümayəndələri, üzv dövlətlərin BMT yanında Daimi Nümayəndəliklərinin rəhbərləri, ABŞ-da fəaliyyət göstərən Azərbaycan icmasının nümayəndələri, Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyinin əməkdaşları iştirak etmişlər. Tədbir çərçivəsində həmçinin Azərbaycanın əməkdar rəssamı İsmayıl Məmmədovun çəkdiyi Azərbaycanın və Bakının mənzərələrini əks etdirən açıqçanın təqdimatı keçirilmişdir.

27 may tarixində BMT-nin Baş katibi Pan Gi Mun Azərbaycanin prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayaraq, Azərbaycan rəhbərliyini və xalqını bayram münasibəti ilə təbrik etmiş və BMT-nin atdığı bütün addımlarda Azərbaycanın tövsiyə və dəstəyinə arxana biləcəyini bildirmişdir.

Nyu Yorkda akkreditə edilmiş diplomatik korpusun nümayəndələri Azərbaycanin BMT yanında Daimi nümayəndəsi, Fövqəladə və Səlahiyyətli səfir Aqşin Mehdiyevə təbrik məktubları ünvanlamış və bayram münasibətilə Azərbaycan rəhbərliyi və xalqına xoş arzularını ifadə etmişlər.

28 may tarixində Nyu Yorkun mərkəzi Wall Street meydanında Azərbaycanın dövlət bayrağının ucaldılması mərasimi keçirilmişdir. Mərasimdə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Tofiq Musayev, Azərbaycan-Amerika Assosiasiyasının prezidenti Tomris Azəri, Türkiyənin Nyu Yorkdakı Konsulunun müavini Ayşə Üzer, İsrailin Nyu Yorkdakı Baş konsulunun müavini Benjamin Krasna çıxış etmişlər. Tədbirdə Nyu York qubernatoru administrasiyasının nümayəndəsi qubernator David Patersonun təbrikini oxumuş və onun imzaladığı xüsusi Bəyannaməni təqdim etmişdir. Daha sonra Amerika və Azərbaycan dövlət himnləri səsləndirilmiş və hər iki dövlətin bayraqları ucaldılmışdır. Tədbirdə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin əməkdaşları, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri, ABŞ-da fəaliyyət göstərən Azərbaycan, türk və yəhudi icmalarının rəhbərliyi və üzvləri iştirak etmişlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR