Bank Of Baku

ABŞ Pakistana hücum etmək üçün plan üzərində işləyir

ABŞ Pakistana hücum etmək üçün plan üzərində işləyir
# 29 may 2010 22:30 (UTC +04:00)
Bakı-APA. ABŞ ölkə ərazisində hücumun izi Pakistana gedib çıxdığı halda bu ölkəyə hücum etmək üçün plan üzərində işləyir
APA voanews.com saytına istinadən verdiyi xəbərə görə, ABŞ-ın yüksək səviyyyəli hərbi rəsmilərinə istinadə edən Vaşinqton Post qəzeti bildirir ki, Obama administrasiyası bu ayın əvvəli Pakistan mənşəli amerikalının Nyu Yorkda hücum cəhdindən sonra Pakistana hücumla bağlı yeni variantların nəzərdən keçirilməsini istəyib. ABŞ hökuməti bildirir ki, Feysəl Şahzad Pakistanda talibandan təlim alıb.
Qəzetin bugünkü nömrəsində adının açıqlanmadığı ABŞ hərbi rəsmilərinə istinadən bildirilir ki, Birləşmiş Ştatlar Pakistanda yalnız hazırkı hərbi əməliyyatlar kifayət etmədiyi ekstremal vəziyyətdə hücum həyata keçirə bilər.
Mərkəzi Kəşfiyyat agentliyi Əl-Qaidə və Taliban üzvlərinin gizləndiyi yerləri bombardman etmək üçün pilotsuz idarə edilən təyyarələrdən istifadə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR