Bank Of Baku

BMT Təhlükəsizlik Şurası Qəzzaya humanitar yardım aparan gəmilərə qarşı edilmiş hücumla bağlı təcili məsləhətləşmələrə başlayıb

BMT Təhlükəsizlik Şurası Qəzzaya humanitar yardım aparan gəmilərə qarşı edilmiş hücumla bağlı təcili məsləhətləşmələrə başlayıb
# 31 may 2010 21:48 (UTC +04:00)
Bakı-APA. BMT Təhlükəsizlik Şurası bazar ertəsi İsrailin Qəzzaya humanitar yardım aparan gəmilərə hücumu ilə bağlı təcili məsləhətləşmələrə başlayıb.

Diplomatların sözlərinə görə, Türkiyənin təşəbbüsü ilə başlamış məsləhətləşmələrin nəticəsində BMT Təhlükəsizlik Şurası sədrinin bəyanatı və ya mətbuat üçün bəyanat qəbul edilə bilər.

APA-nın məlumatına görə, «İstiqamətimiz Fələstin, yükümüz humanitar yardım!» devizi ilə Qəzzaya doğru yola çıxan 6 gəmidən ibarət yardım donanması mayın 31-nə keçən gecə İsrailin silahlı müdaxiləsinə məruz qalıb. İsrail hərbi vertolyotları gəmilərə yaxınlaşaraq atəş açmağa başlayıblar və gəmilərdən birinə desant endiriblər. İnsident baş verən gəminin Türkiyəyə məxsus “Mavi Mərmərə” gəmisi olduğu bildirilir. İlkin məlumatlarda 2 nəfərin öldüyü, 30-dan çox adamın yaralandığı qeyd olunsa da, İsrail televiziyaları 16 nəfərin öldüyünü xəbər veriblər. İsrail hərbçiləri 10 nəfərin öldüyünü təsdiqləyiblər.

Gəmilərdə əsasən Türkiyə, ABŞ, Böyük Britaniya, Avstraliya, Yunanıstan, Kanada, Malayziya, Əlcəzair, Serbiya, Belçika, İrlandiya, Norveç, İsveç, Almaniya vətəndaşları olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR