Bank Of Baku

İsrailin gəmilərə hücumu ilə bağlı BMT baş katibinin bəyanatının layihəsi hazırdır

İsrailin gəmilərə hücumu ilə bağlı BMT baş katibinin bəyanatının layihəsi hazırdır
# 31 may 2010 22:45 (UTC +04:00)
Hazırda BMT TŞ üzvlərinin nümayəndə heyətləri qapalı məsləhətləşmələri bitirərək, TŞ-nın açıq iclasına başlayıb. Türkiyə xarici işlər naziri Ahmet Davudoğlu da toplantı iştirakçıları arasındadır.

APA-nın məlumatına görə, «İstiqamətimiz Fələstin, yükümüz humanitar yardım!» devizi ilə Qəzzaya doğru yola çıxan 6 gəmidən ibarət yardım donanması mayın 31-nə keçən gecə İsrailin silahlı müdaxiləsinə məruz qalıb. İsrail hərbi vertolyotları gəmilərə yaxınlaşaraq atəş açmağa başlayıblar və gəmilərdən birinə desant endiriblər. İnsident baş verən gəminin Türkiyəyə məxsus “Mavi Mərmərə” gəmisi olduğu bildirilir. İlkin məlumatlarda 2 nəfərin öldüyü, 30-dan çox adamın yaralandığı qeyd olunsa da, İsrail televiziyaları 16 nəfərin öldüyünü xəbər veriblər. İsrail hərbçiləri 10 nəfərin öldüyünü təsdiqləyiblər.

Gəmilərdə əsasən Türkiyə, ABŞ, Böyük Britaniya, Avstraliya, Yunanıstan, Kanada, Malayziya, Əlcəzair, Serbiya, Belçika, İrlandiya, Norveç, İsveç, Almaniya vətəndaşları olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR