Bank Of Baku

BMT TŞ üzvləri İsrailin «azadlıq donanması»na hücumunu pisləyiblər

BMT TŞ üzvləri İsrailin «azadlıq donanması»na hücumunu pisləyiblər
# 01 iyun 2010 02:52 (UTC +04:00)
Bakı-APA. Bakı-APA. BMT Təhlükəsizlik Şurasına üzv ölkələrin nümayəndələri İsrailin «azadlıq donanması»na hücumunu qınayaraq bu ölkədən Qəzza zolağının blokadasına son qoymağı tələb ediblər.

BMT TŞ-nın 15 üzv ölkəsi bu bəyanatı TŞ-nın təcili toplantısı öncəsi yayıblar.

BMT TŞ-nın daimi Rusiya, Böyük Britaniya, Fransa və Çin İsraili blokadaya son qoymağa çağıraraq onun hərəkətlərinin BMT TŞ-nın 1860 saylı qətnaməsilə ziddiyyət təşkil etdiyini xatırladıblar.

Birləşmiş Ştatlar isə İsraildən birbaşa Qəzza zolağının blokadasına son qoymağı tələb etməyiblər. ABŞ-ın BMT TŞ-dəki nümayəndəsi İsrailin Fələstin ərazisinin blokadasını yumşalda biləcəyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR