Bank Of Baku

Ahmet Davudoğlu: «Problem Türkiyə ilə İsrail arasında deyil, İsraillə beynəlxalq ictimaiyyət arasındadır»

Ahmet Davudoğlu: «Problem Türkiyə ilə İsrail arasında deyil, İsraillə beynəlxalq ictimaiyyət arasındadır»
# 01 iyun 2010 03:49 (UTC +04:00)
Bakı-APA. Türkiyə xarici işlər naziri Ahmet Davudoğlu İsrail müdafiə naziri Ehud Barak ilə telefonla danışdığını israilli nazirin gəmidə 9 nəfərin həlak olduğu və 25 nəfərin isə yaralandığı barədə məlumat verdiyini bildirib. Türk nazirin sözlərinə görə, E.Barak yaralıların sayının daha çox ola biləcəyindən narahatlığını da ifadə edib.

Türkiyə-İsrail münasibətlərinə toxunan Davudoğlu «bu Türkiyə ilə İsrail arasındakı bir problem deyil. Bu İsraillə beynəlxalq ictimaiyyət arasında bir problemdir. İsrail ilə beynəlxalq vicdan arasında bir problemdir. Bu məsələdə İsraildən vicdana hörmət duymasını gözləyirik», deyə bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR