Bank Of Baku

BP neft axınının qarşısını almaq yolunda uğur əldə edib

BP neft axınının qarşısını almaq yolunda uğur əldə edib
# 03 iyun 2010 20:54 (UTC +04:00)
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə BP Meksika Körfəzində suyun dərinliyində neft borusunun zədələnmiş hissəsinin kəsilməsinə ikinci cəhdə nail olub. Şirkətdən bildiriblər ki bununla borunu tam bağlamaq mümkün olacaq. Yaxın saatlarda BP neft axının qarşısını almağı söz verib.
Bir qədər öncə BP Meksika Körfəzindəki neft axınına tam hazırlıqlı olmadığını etiraf edib.
Şirkətin baş icraçı direktoru Toni Heyvord Financial Times qəzetinə müsahibəsində bildirib ki, BP-nin əlində lazım olan bütün alətlər olmayıb və onun dərin sularda axının qarşısını almaq üçün hazırlıqlı olmaması barədə tənqidlər tamamilə doğrudur.
Aprel ayında Dipvoter Horayzon platformasındakı partlayışdan sonra indi neft Alabama və Misisipi ştatlarının sahillərinə yaxınlaşmaqdadır.
Bəzi təxminlərə görə, neft bu həftəsonu Floridanın sahillərinə çata bilər.
BP beş yeni qumdan səddin tikintisini maliyyələşdirməyə razılıq verib. Bu sədlər Luiziana ştatının sahillərində qurulacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR