Bank Of Baku

Natan Haqes: Birləşmiş Ştatlar Azərbaycan və ABŞ arasındakı hərbi əməkdaşlığı yüksək qiymətləndirir

Natan Haqes: Birləşmiş Ştatlar Azərbaycan və ABŞ arasındakı hərbi əməkdaşlığı yüksək qiymətləndirir
# 04 iyun 2010 05:59 (UTC +04:00)
Vaşinqton, İzabel Levin, APA. " Azərbaycan Şimali Paylaşdırma Marşrutunun vacib hissəsi kimi avadanlıqların İraqdan Əfqanıstana aparılması üçün xüsusi əhəmiyyətlidir", - bunu STRATFOR-un hərbi analitiki Natan Haqes ABŞ Müdafiə Naziri Robert Geytsin Azərbaycana səfəri ərəfəsində APA-nın Vaşinqton müxbirinə deyib.

O həmçinin qeyd edib kiç Azərbaycan və Amerika Birləşmiş Ştatları arasındakı hərbi əməkdaşlıq ABŞ tərəfindən yüksək qiymətləndirilir.

Avadanlıqların İraq və Əfqanıstana aparılmasında Azərbaycanın rolu barədə danışarkən cənab Haqes deyib ki, “Əfqanıstan və Əfqan missiyasının maddi texniki təminat məsələsindəki gərginliyi nəzərə alaraq bu barədə çətin düşünmək olar”.

Azərbaycanlı məmurlar ilə yüksək səviyyəli görüş zamanı Qəbələ Radiolakasiya stansiyası və raket əleyhinə sistemdə Azərbaycanın rolu məsələsinin müzakirə ediləcəyi barədə suala cavab verərkən Haqes deyib:


“Azərabyacnadkı Qəbələ RLS-nin raketdən müdafiə sistemi raketəleyhinə kordinatların müəyyən edilməsi üçün çox da faydalı deyil. O ilkin xəbərdarlıq üçün bəzi kordinatları müəyyən edə bilər lakin son nəticədə texniki həldən çox siyasi həll olacaq. Azərbaycan əraziləri Amerkia BDM radarları üçün çox faydalı ola bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR