Bank Of Baku

Cənubi Koreya BMT TŞ-dən KXDR-i cəzalandırmağı xahiş edib

Cənubi Koreya BMT TŞ-dən KXDR-i cəzalandırmağı xahiş edib
# 05 iyun 2010 03:10 (UTC +04:00)
Bakı-APA. Cənubi Koreya rəsmi surətdə BMT Təhlükəsizlik Şurasına «Çxonan» korveti ilə bağlı hadisəyə reaksiya verməsi üçün müraciət edib. Bu barədə Seulun BMT-dəki nümayəndəsi Pak İn Kuk bildirib.

Onun sözlərinə görə, müvafiq müraciət TŞ-nın sədri, Meksika nümayəndəsi Klod Hellerə çatdırılıb. Cənubi Koreya tərəfi TŞ-nı «özündə vəziyyətin ciddiliyini ehtiva edən» qərarlar qəbul etməyə çağırır.

Daha öncə Cənubi Koreya hadisə ilə bağlı KXDR-lə ticarət əlaqələrinə son qoyub və Pxenyana qarşı sanksiyalar tətbiq edib. KXDR öz növbəsində Cənubi Koreya ilə bağlanmış hücum etməmək haqqında paktın qüvvədən düşdüyünü bəyan edib və «tammiqyaslı müharibə» ilə hədələyib.

Cənubi Koreyaya məxsus «Çxonan» korveti martın 26-də Sarı dənizdə batıb. Ekspertlərin rəyinə görə «Çxonan»ı Şimali Koreyanın torpedosu batırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR