Bank Of Baku

ABŞ Milli təhlükəsizlik xidmətinin yeni rəhbərinin adı məlumdur

ABŞ Milli təhlükəsizlik xidmətinin yeni rəhbərinin adı məlumdur
# 05 iyun 2010 04:01 (UTC +04:00)
Bakı-APA. ABŞ prezidenti Barak Obama Milli təhlükəsizlik xidmətinin şefi vəzifəsinə istefada olan HHQ generalı, müdafiə nazirinin kəşfiyyat məsələləri üzrə müavini Ceyms Klapperi təyin etmək fikrindədir. Bu barədə anonim mənbə məlumat verib.

Hazırda general Ceyms Klapper həmçinin Milli təhlükəsizlik xidməti direktorunun administrasiyasında əks-kəşfiyyat xidmətinin rəhbəri vəzifəsini də tutur.

ABŞ Milli təhlükəsizlik xidməti direktorunun vəzifəsi admiral Denis Blerin istefasından sonra boş qalıb. Blerin istefasının səbəbləri kimi onun prezident administrasiyası ilə münaqişələri və Ağ Evdə etibarını itirməsi göstərilirdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR