Bank Of Baku

ABŞ İran aliminin oğurlanması ilə bağlı ittihamı rədd edir

ABŞ İran aliminin oğurlanması ilə bağlı ittihamı  rədd edir
# 09 iyun 2010 00:47 (UTC +04:00)
Bakı-APA. ABŞ atom enerjisi üzrə iranlı alim Şahram Amirini oğurlanması ilə bağlı rəsmi Tehranın ittihamı qətiyyətlə rəd edir.

APA-nın ITAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, ABŞ Dövlət katibinin köməkçisi Filipp Krouli bildirib ki, ABŞ Amirinin keçən ilin yayında Səudiyyə Ərəbistanda itməsinə görə heç bir məsuliyyət daşımır. Krouli iranlı alimin ABŞ xüsusi xidmət əməkdaşları tərəfindən oğurlanması barədə İran televiziyasında göstərilən 4 dəqiqəlik video süjetin həqiqətə uyğun olmadığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR