Bank Of Baku

Braziliya: «İrana qarşı sanksiyalar BMT TŞ-nı zəiflədir»

Braziliya: «İrana qarşı sanksiyalar BMT TŞ-nı zəiflədir»
# 10 iyun 2010 03:29 (UTC +04:00)
Bakı-APA. İrana qarşı sanksiyaları sərtləşdirən qətnamənin qəbulu BMT Təhlükəsizlik Şurasının zəiflədən epizoddur. Braziliya prezidenti Luis İnasiu Lula da Silva bu fikirdədir.

Braziliya Türkiyə ilə birgə TŞ-də bu qətnamənin əleyhinə səs verib.

Braziliya prezidentinin fikrincə, Tehranın əleyhinə yeni sanksiyalar gücə üstünlük verənlər tərəfindən qəbul edilib. Onun sözlərinə görə, may ayında Tehranda Braziliya və Türkiyənin iştirakı ilə İranın az zənginləşdirilmiş uranının 20%-lik nüvə yanacağı ilə dəyişdirmək üçün ölkədən çıxarılması barədə razılaşma «dialoq üçün imkanlar açırdı».

«Yeni sanksiyaları dəstəkləyənlər əslində danışıqlar aparmaq istəmədiklərini göstəriblər», deyə Lula da Silva bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR