Bank Of Baku

BMT əfqan terrorçularının adları olan qara siyahını nəzərdən keçirəcəyini bildirib

BMT əfqan terrorçularının adları olan qara siyahını nəzərdən keçirəcəyini bildirib
# 13 iyun 2010 01:51 (UTC +04:00)
Bakı-АPA. BMT-nin xüsusi nümayəndəsi Steffan De Mistura gara siyahının kohnəldiyini bildirib.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, BMT keçən həftə Əfqanıstanda keçirilən sülh konfransından sonra əfqan terrorçularının adları olan qara siyahını nəzərdən keçirəcək. BMT-nin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Steffan De Mistura bu gün deyib ki, təşkilat Əl-Qaidə və Taliban yaraqlılarının adları olduğu siyahının yenilənməsi barədə müzakirələr aparacaq. Əfqanıstanın şurası Cirqanın keçən həftə verdiyi bəyanatında deyilirdi ki, sülh prosesinə qatılan yaraqlıların adları BMT-nin qara siyahısından çıxarılmalıdır. De Mistura siyahının kohnəldiyini və burada adları olan bəzi şəxslərin ola bilsin artıq öldüyünü deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR