Bank Of Baku

2009-cu ildə dünyada köçkünlərin sayı 43,3 milyona çatıb

2009-cu ildə dünyada köçkünlərin sayı 43,3 milyona çatıb
# 15 iyun 2010 04:22 (UTC +04:00)
Bakı-APA. 2009-cu ildə dünyada məcburi köçkünlərin sayı 43,3 milyona çatıb, bu isə ötən əsrin 90-cı illərinin ortalarından etibarən ən böyük rəqəmdir. Bu barədə BMT-nin hesabatında bildirilir.

BMT Qaçqınlar üzrə Ali Komissarlığının yaydığı hesabatda bu rəqəmdən 15,2 milyon nəfərin qaçqın, 983 min nəfərin sığınacaq axtaran, 27,1 milyon nəfərin isə daxili yeri dəyişilmiş insan olduğu göstərilir.

Paralel olaraq ötən il 1990-cı ildən başlayaraq daimi yaşayış yerinə qayıdan qaçqınların sayının ən aşağı həddinin qeydə alındığı vurğulanır. 2009-cu ildə onların sayı 251 min nəfər olub, bu son 10 ildə hər il qeydə alınan rəqəmlərdən 4 dəfə azdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR