Bank Of Baku

Meksikada iki qatarın toqquşması nəticəsində 10 nəfər ölüb

Meksikada iki qatarın toqquşması nəticəsində 10 nəfər ölüb
# 15 iyun 2010 21:26 (UTC +04:00)
Bakı-APA. Meksikanın şimalında iki qatarın toqquşması nəticəsində azı 10 nəfər ölüb, 5 nəfər yaralanıb.
APA-nın RİA Novosti saytına istinadən verdiyi xəbərə görə hadisə Sufraxio stansiyasında baş verib. Sərnişin qatarının lokomotivi həmin dəmir yolu xəttində dayanan qatarın axırıncı vaqonu ilə toqquşub.
İlkin məlumata görə, sərnişin qatarın maşinistinə yolda texniki problemlə bağlı dayanan qatar haqqında xəbər verilməyib. Hadisə yerində xilasedicilər iş aparır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR