Bank Of Baku

Barak Obama neft axınını dayandırmaq səyləri ilə bağlı Amerika xalqına müraciət edəcək

Barak Obama neft axınını dayandırmaq səyləri ilə bağlı Amerika xalqına müraciət edəcək
# 16 iyun 2010 01:21 (UTC +04:00)
Bakı-APA. ABŞ prezidenti Barak Obama hökumətin kütləvi neft axınını dayandırmaq üçün planlarını Amerika xalqına xüsusi müraciət zamanı çatdırmazdan əvvəl körfəz regionunda vəziyyətlə tanış olmağa davam edir.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, prezidentin ilk müraciəti Florida ştatından qayıtdıqdan sonra edəcək.
57 gündür dənizin dibindən suya axan neft artıq bu ştatın sahillərinə də yayılıb. Ağ Evin mətbuat katibi deyib ki, cənab Obama administrasiyasının neftin axmasının qarşısının alınması prosesini sürətləndirməsi planlarını açıqlayacaq.
Bu arada, BP, Shell, ExxonMobil və Chevron şirkətlərinin icraçı direktorları bu gün Konqresin heyəti qarşısında üç gün ərzində neft axınının yaratdığı böhran və qazma işləri barədə ifadə verməyə başlayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR