Bank Of Baku

ABŞ prezidenti: BP neft ləkəsi ziyanının xərclərini ödəyəcək

ABŞ prezidenti: BP neft ləkəsi ziyanının xərclərini ödəyəcək
# 17 iyun 2010 18:21 (UTC +04:00)
Bakı-АPА. ABŞ prezidenti Barak Obama Meksika Körfəzində yayılmış iri miqyaslı neft ləkəsini ABŞ sahilyanı ərazisinə və vətəndaşlarına basqın kimi səciyyələndirib.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə gərə, televiziya vasitəsi ilə yayımlanmış çıxışında, Barak Obama deyib ki, BP şirkəti səhlənkarlığının nəticəsi olan Amerika vətəndaşlarına və ətraf mühitə vurduğu ziyanın xərcini ödəməli olacaq.
Obamanın sözlərinə görə, o, BP şirkətinə kompensasiya fondu yaratmaq göstərişini verəcək.
ABŞ prezidentinə görə, həmin fonda müstəqil 3-cü tərəf nəzarət edəcək.
Son dəqiqləşdirilmiş dəyərləndirmələrə görə, Meksika Körfəzində aprel ayında baş vermiş qəza nəticəsində, dənizə tökülən neftin miqdarı ilkin proqnozları xeyli üstələyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR