Bank Of Baku

Azərbaycan nümayəndələri BMT Baş Assambleyasında Mütəşəkkil Cinayətkarlıq üzrə yüksək səviyyəli görüşdə iştirak ediblər

Azərbaycan nümayəndələri BMT Baş Assambleyasında Mütəşəkkil Cinayətkarlıq üzrə yüksək səviyyəli görüşdə iştirak ediblər
# 18 iyun 2010 23:17 (UTC +04:00)
Bakı-APA. BMT Baş Assambleyasında Mütəşəkkil Cinayətkarlıq üzrə yüksək səviyyəli görüş keçirilib. Bu barədə APA-ya Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyindən məlumat veriblər.

Ölkəmiz görüşdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin müavini V.Eyvazovun başçılıq etdiyi, Baş Prokurorun müavini R.Usubovun, Ali Məhkəmənin Hərbi məhkəmələrin işləri üzrə məhkəmə kollegiyasının Sədri Ş. Yusifovun, İnterpolun Milli Mərkəzi Bürosunun əməkdaşı E.Orucovun daxil olduğu nümayəndə heyəti ilə təmsil olunub.

Müzakirələrdə V.Eyvazov çıxış edib. Çıxışı zamanı o, ölkəmizin insan alveri, narkotik vasitələrin və silahların qaçaqmalçılığı, qeyri-qanuni miqrasiya və digər cinayətlərlə mübarizəsi, bu sahədə dünya dövlətləri, eyni zamanda beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq və milli qanunvericiliyimizin təkmilləşdirilməsi üzrə görülmüş tədbirlər barədə məlumat verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR