Bank Of Baku

ABŞ Şimali Koreyaya qarşı birtərəfli qaydada sanksiyalar tətbiq edə bilər

ABŞ Şimali Koreyaya qarşı birtərəfli qaydada sanksiyalar tətbiq edə bilər
# 19 iyun 2010 04:18 (UTC +04:00)
Bakı-APA. ABŞ Cənubi Koreyanın «Çxonan» korvetinin məhv olması ilə əlaqədar Koreya Xalq Demokratik Respublikasına qarşı birtərəfli maliyyə sanksiyalarının tətbiq olunması məsələsini nəzərdən keçirir. Bu barədə ABŞ dövlət katibinin köməkçisi Filip Krouli məlumat verib.

««Çxonan»ın məhvindən sonra biz fikrimizi Şimali Koreyaya çatdıra biləcək bir sıra imkanları öyrənirik. Biz əvvəllər də Şimali Koreyaya təsir etmək üçün maliyyə tədbirlərindən istifadə etmək imkanına malik idik və daima bu ölkənin davranışına təsir göstərmək üsullarını nəzərdən keçiririk», deyə Krouli bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR