Bank Of Baku

Meksika körfəzində BP ilə bağlı araşdırma davam edir

Meksika körfəzində BP ilə bağlı araşdırma davam edir
# 20 iyun 2010 01:30 (UTC +04:00)
Bakı-АPA. Meksika körfəzində qəzaya uğrayan BP platforması ilə əlaqəli araşdırma davam edir.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, BP-nin tərəfdaşı olan ABŞ-n Anadarko Petroleum Corporation şirkəti Britaniya şirkətini tənqid edib.
Qəzaya uğramış platformada 25% paya malik olan Anadarko Petroleum Corporation bildirir ki, təhlükəsizliklə bağlı BP tərəfindən buraxılan səhvlərdən dəhşətə gəlib.
Anadarkonun bəyənatı BP başçısının sorğu-suala tutulması ardınca səslənir. Amerika konqresmenləri Tony Heyvordla söhbətdən sonra şirkəti tənqid ediblər.
ABŞ qanunverici orqanında deyilib ki, BP qənaət etmək üçün bəzi təhlükəsizlik qaydalarına riayət etməyib.
Indi Anadarkonun başçısı Jim Hackett deyib ki, o BP-nin açıqlaması ilə bağlı şoka düşüb.
Beləki, konqresmenlərin suallarına cavab verərkən məlum olub ki, BP neft quyusunu qazarkən daxil olan kritik xəbərdarlıq əlamətlərinə məhəl qoymayıb.
Anadarkonun başçısı olaya görə BP-nin məsuliyyət daşıdığını deyib. Şirkət qəzaya uğrayan neft quyusunda 25% paya malikdir.
Hazırda olaylarla bağlı tədqiqat aparılır ki, milyardlarla dollar həcmində cərimələrlə nəticələnə bilər.
BP qəzadan zərər çəkənlərə kömək məqsəd ilə 20 milyardlıq fond təsis edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR