Kompyuter virusu sənaye obyektlərinin sistemlərinin təhlükəsizliyi ilə bağlı narahatlıqlara səbəb olub
İran rəsmiləri Buşehr nüvə elektrik stansiyasında sistemlərə zərər dəymədiyini desələr də, kibernetik aləmdə təhlükəsizik məsələləri üzrə ekspertlər qeyd edir ki, təhlükələrin miqyası nəzəriyyədə ölçülə bilər.
Syber Defence agentliyinin prezidenti və təsisçisi Sami Saydcarinin sözlərinə görə, belə zərərli kompyuter virusları göstərir ki, insanlar sənaye sistemlərinə hücum etmək istəyir və buna nail ola bilirlər. “Sənayedə nəzarət sistemi hədəf alınır, insanların həyatı və sistemlər özü risk altında qalır. Bu, böyük dəyişiklikdir” deyə o bildirir.
Mütəxəssislər deyir ki, Staksnet İranda Buşehr nüvə elektrik stansiyasında nəzarət sistemlərini hədəf almaq üçün yaradılıb.
Mütəxəssislər bildirir ki, stansiyaya daxil edildikdən sonra bu virus məlumatları oğurlaya, hətta məlumatlar bazasını tamamilə boşalda bilər. Bu isə soyutma nasosları kimi sistemlərin yararsız hala düşməsinə gətirib çıxara bilər.
Sami Sadjari deyir ki, nüvə elektrik stansiyalarının belə zəif cəhəti böyük narathatlıq yaradır, lakin əlavə edir ki, bu təhlükə təkcə nüvə və elektrik stansiyalarına aid deyil.
Onun sözlərinə görə, bütün sənaye sahələrində, məsələn, kimya zavodlarında sistemlərdə bir partlayış çox sayda insanın ölümülə nəticələ biləcək böyük fəlakətə səbəb olardı.
Hələliksə, virus ən çox İranda yayılıb. Viruslar əleyhinə proqramlar hazırlayan komyuter şirkəti Symantec 60 000 kompyuterə zərər dəydiyini bildirir.
Virusun bu miqyasda və belə məharətlə sistemlərə daxil edilməsi faktı bəzilərini bunun arxasında bütöv bir dövlətin durduğuna inandırıb. Belə qabiliyyətə və siyasi motivlərə malik iki ölkə kimi Birləşmiş Ştatlar və İsrailin adları çəkilir.
Lakin kibernetik təhlükəsizlik və texnologiya məsələləri üzrə təhlilçilər nəticə çıxarmağın hələ tez olduğunu düşünürlər.
Rendi Abrams İnternetdə təhlükəsizlik şirkəti olan ESET-də texniki təhsil üzrə direktordur. O deyir ki, belə bir kompyuter hücumunun arxasında bir dövlətin dayandığı fikrinə baxmayaraq, bu, belə olmaya da bilər.
Onun sözlərinə görə, bu, başqa motivləri olan çox peşəkar insanlardan ibarət bir qrup tərəfindən də həyata keçirilə bilər. “Bir mümkün motiv odur ki, SCADA sistemlərini yaxşı başa düşən və güclü texniki qabiliyyətlərə malik olan bir, ya da iki adam sistemlərin qorunmadığı və hücuma məruz qala bildiyinə diqqəti çəkmək üçün bunu edə bilər.”
Xarici Əlaqələr Şurasında təhlilçi Adam Seqal deyir ki, bu hücum verilən cavablardan daha çox sual doğurur. “İndi bütün diqqət İran üzərində mərkəzləşib, lakin bir neçə həftədən sonra Hindistan, Pakistan, ya da İndoneziyada sənaye sistemlərinin hədəf alındığının şahidi ola bilərik. Hələ ki, biz mülahizə qururuq, əslində nə olduğunu tam bilmirik.”
Daha bir sual virusun İranda nüvə elektrik stansiyasına necə daxil olmasıdır. Sənaye sistemlərinin böyük hissəsi birbaşa İnternetlə əlaqədar deyil. Təhlükəsizlik məsələləri üzrə ekspertlər və tədqiqatçılar deyir ki, İranın nüvə elektrik stansiyasında SCADA sistemlərinə virus fleş kart vasitəsilə düşüb.
Lakin bir məsələ aydındır ki, Staksnet virusu sənaye nəzarət sistemləri üçün böyük təhlükə yaradır və dünya ölkələrinin hökumətləri təhlükəsizliyi artırmaq üçün daha çox iş görməlidir.
Amerika
Rubio: Alyaskada ABŞ və Rusiya arasında heç bir razılaşma olmayıb
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
ABŞ dövlət katibi: İsrail və Livan razılaşmaya yaxındır
Rubio: İranın regiondakı proksilərinə dəstəyi memorandum üzrə danışıqlarda müzakirə olunmalıdır
Xəbər Lenti
Hikmət Hacıyev Baş katibin xüsusi nümayəndəsi ilə Azərbaycan–NATO tərəfdaşlığını müzakirə edib
Ermənistan Prokurorluğu Tsarukyanın cinayət məsuliyyətinə cəlb olunmasını istəyir
Venesuela XİN rəhbəri zəlzələ ilə bağlı həmrəyliyə görə Azərbaycana təşəkkür edib
Moskva vilayətində raket hücumu xəbərdarlığı elan edilib
Rubio: Alyaskada ABŞ və Rusiya arasında heç bir razılaşma olmayıb
Azərbaycan və Qazaxıstan elektron icazə sisteminə tam keçid barədə razılıq əldə edib
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
Ədliyyə naziri Balakəndə vətəndaşları qəbul edəcək
Azərbaycan hərbçiləri Konyada “Anadolu Qartalı - 2026” beynəlxalq təlimində iştirak edir - VİDEO
Üfüqi monitorinqlə bağlı vergi risklərinə nəzarət qaydaları təsdiqlənib
Sahibkarlıq subyektlərinə dəstək göstərilməsinin qiymətləndirilməsi qaydaları müəyyənləşib
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
DYP sabah Bakıda 5 istiqamətdə keçiriləcək hərbi yürüşlə bağlı müraciət edib
XİN: Ermənistanla sülh prosesinin yekunlaşdırılması üçün mövcud imkanlardan istifadə edilməlidir
Sabirabadda yol qəzası olub, ölən və xəsarət alanlar var - FOTO
FHN-in strukturlarında Silahlı Qüvvələr Günü münasibətilə tədbirlər keçirilib
ABŞ dövlət katibi: İsrail və Livan razılaşmaya yaxındır
TƏBİB media ilə açıq dialoq formatında görüş keçirib
Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib
Rubio: İranın regiondakı proksilərinə dəstəyi memorandum üzrə danışıqlarda müzakirə olunmalıdır
Həftəsonu hava qeyri-sabit keçəcək, leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Rusiya Rumıniyanın Sankt-Peterburqdakı Baş konsulluğunu bağlayır
Azərbaycan–Ukrayna əməkdaşlığının mövcud gündəliyi müzakirə edilib
Şimon Peres Mərkəzində Azərbaycan–İsrail innovasiya dialoqu keçirilib - FOTO
İran və Oman XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
İraq OPEC-dən çıxmağı planlaşdırmır - YENİLƏNİB
Qalibaf İranın azad olunmuş vəsaiti ilə ABŞ məhsulları alacağını təkzib edib
Doktorantura və dissertantura üzrə xarici dildən qəbul imtahanı keçirilib
Azərbaycan Prezidenti şəhid hərbçiləri təltif edib - SİYAHI
Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularını təltif edib
MN rəhbərliyi Baş Klinik Hospitalda olub - FOTO
Müdafiə Nazirliyinin 5 hərbçisinə “general-mayor” ali hərbi rütbəsi verilib
Nizami rayonunda qəza olub, iki nəfər xəsarət alıb- VİDEO
Aşura günü ilə bağlı qanvermə aksiyası başa çatıb, 1269.45 litr qan toplanıb - FOTO - YENİLƏNİB-1
“İntellektual gömrük” informasiya sistemi yaradılıb
Ötən il 764 xarici diplom tanınmayıb
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırılıb
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan–Fransa əlaqələrinin vəziyyətini nəzərdən keçirib
73 mindən çox müəllimin əməkhaqqına əlavələr edilib
Rubio: Körfəz ölkələri Hörmüz boğazında rüsum tətbiq olunmasını istəmir
Azərbaycanda şagirdlərin sayı açıqlanıb
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
Müdafiə naziri: Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü orduları sırasındadır
Heydər Əliyev adına Hərbi İnstitutda “Açıq qapı” günü təşkil olunub - FOTO - VİDEO
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib
Qırğızıstan və Tacikistan vətəndaşları Heydər Əliyev adına Hərbi İnstitutdan fərqlənmə ilə məzun olublar
Azərbaycanlı kursant İtaliyanın "Şərəf qılıncı" ilə təltif edilib
ABŞ Venesuelaya göndərilən axtarış-xilasetmə qruplarının sayını artıracaq
Ceyhun Bayramov Polşada Ukrayna Bərpa Konfransında iştirak edib
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell”i istifadəyə verir