Bank Of Baku

Ekvador hökuməti polis əməkdaşlarının etirazı ilə bağlı ölkədə fövqəladə vəziyyət elan edib

Ekvador hökuməti polis əməkdaşlarının etirazı ilə bağlı ölkədə fövqəladə vəziyyət elan edib
# 30 sentyabr 2010 22:48 (UTC +04:00)
APA-nın İnterfax agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ekvador prezidenti administrasiyasının nümayəndəsi Alexis Mera bildirib. Fövqəladə vəziyyət bir həftə müddətinə elan olunub.
Ekvador mediası xəbər verir ki, paytaxt Kito şəhərində prezident Rafael Korreanı xəstəxanada blokada edən etirazıçı polislərlə prezidentin tərəfdaşları arasında toqquşma baş verib. Xəstəxananın ətrafında minlərlə adam toplaşıb.
Xatırladaq ki, Ekvadorun polis əməkdaşları onların imtiyazların ləğv olunmasını nəzərdə tutan qanunun qəbul olunmasına etiraz edirlər.
Rafael Korrea telefon müsahibəsində bəyan edib ki, “müxalifət dövlət çevrilişinə cəhd edib". O deyib ki, “etiraz aksiyası iştirakçılarına müraciət etmək istəyəndə ona gözyaşardıcı qaz ilə qumbara atıblar. Qumbara onun yaxınlığında partlayıb”.
Korrera onu da bildirib ki “Üsyançı polis əməkdaşları ona hücum edib və aldığı xəsarətdən yaxın xəstəxanaya getmək məcburiyyətində qalıb". Amma polis işçiləri onun olduğu xəstəxananı blokada ediblər.
Bu gün Kito və Ekvadorun ikinci ən böyük şəhəri olan Guayaqul şəhərlərində polislər əmək müavinətləri sisteminin dəyişdirilməsinin əleyhinə geniş etiraz aksiyaları keçirirlər. Onlar Kito hava limanının uçuş-enmə zolağını və prezidentin təyyarəsini zəbt ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR