Bank Of Baku

ABŞ Çindən valyutasının dəyərini dəyişdirəcəyini gözləyir

ABŞ Çindən valyutasının dəyərini dəyişdirəcəyini gözləyir
# 30 sentyabr 2010 23:31 (UTC +04:00)
Bakı-APA. ABŞ qanunvericiləri Çini, valyutasının dəyərini dəyişmək istəmədiyinə görə cəzalandıran qanun layihəsini qəbul ediblər.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, yeni qanuna görə Çindən idxal edilən mallara xüsusi tariflər tətbiq ediləcək.
Amerika tərəfinin fikrincə, Çindən idxal edilən mallar, bu ölkə valyutası - yuanın kursunun aşağı olduğuna görə rəqabətdə üstün gəlir.
Expertlər hesab edir ki, Çin süni olaraq valyutasının kursunu aşağı səviyyədə saxlayır.
Çin valyutası kursunun aşağı olması iqtisadi rəqabət baxımından Amerika istehsalı olan məhsulu əlverişsiz vəziyyətə salır.
Konqres üzvlərin fikrincə, faktiki olaraq hazırda Amerika Çin iqtisadiyyatını ucuz yuan mexanizminə görə maliyyələşdirir.
Konqresin qəbul etdiyi qanuna əsasən, bundan sonra Çin idxalına Amerikada xüsusi tariflər tətbiq edilə bilər.
Lakin qanunun hüquqi qüvvəyə minməsi üçün sənəd Ag Evdə də təsdiqlənməlidir.
Ağ Ev bildirir ki, hazırda bu cür addımın atılması mümkün deyil. Bunun səbəbi kimi, ölkədə və dünyada gedən iqtisadi proseslərin kövrəkliyi göstərilir.
Bu məsələ Çin ilə ABŞ arasında ciddi gərginliyin yaranmasına səbəb olub.
Ötən həftə BMT Baş Assambleyası çərçivəsində keçirilən Barak Obamanın Çinin Baş Naziri ilə görüşündə, sözü gedən məsələ əsas müzakirə mövzusu olmuşdu.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR