Bank Of Baku

Ekvadorda baş vermiş iğtişaşlarda bir nəfər həlak olub, 50 nəfər yaralanıb

Ekvadorda baş vermiş iğtişaşlarda bir nəfər həlak olub,  50 nəfər yaralanıb
# 01 oktyabr 2010 03:15 (UTC +04:00)
RİA Novosti agentliyin məlumatına görə, Ekvadorun DİN rəhbəri Migel Karvaxayl yerli telekanala bildirib ki, iğtişaşlarda bir nəfər də həlak olub.
Nazir həmçinin qeyd edib ki, üsyançı polis əməkdaşları qeyri-qanuni fəaliyyətini dayandırdığı təqdirdə hökumət onlarla dialoqa getməyə hazırdır.
Ekvador prezidenti Rafael Korrea hələdə üsyançılar tərəfindən xəstəxanada blokadada saxlanılır. Onun tərəfdarları polis kordonunu yarmağa müvəffəq olsalar belə amma xəstəxanaya daxil ola bilməyiblər.
Polis əməkdaşlarının etirazına səbəb onların imtiyazlarını ləğv edilməsini nəzərdə tutan qanunun qəbul olunması olub. Onlar kazarmaları, paytaxt aeroportunu, yerli teleşirkəti zəbt ediblər.
Prezident Rafael Korrea ölkədə fövqəladə vəziyyət elan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR