Bank Of Baku

Ekvadorda dövlət çevrilişinə cəhd olub

Ekvadorda dövlət çevrilişinə cəhd olub
# 01 oktyabr 2010 07:39 (UTC +04:00)
APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, polis və hərbçilər paytaxt Kito şəhərində hərbi kazarma və bir neçə hərbi bazanı ələ keçirərək beynəlxalq hava limanını mühasirəyə alıblar.

Prezident Rafael Korrea milli radioya müsahibəsində bunu dövlət çevrilişinə cəhd adlandırıb. Polislər qarşısında çıxış etmək istəyən prezidentin üzərinə gözyaşardıcı qaz atılıb. O, xəstəxanaya aparılıb və orada mühasirədə saxlanılıb. Lakin bir qədər sonra R. Korrea xəstəxanadan çıxa bilib və öz iqamətgahlına qayıdıb. Balkona çıxaraq tərəfdarlarına səslənən dövlət başçısı onlara minnətdarlıq edib. R. Korrea bildirib ki, hökumət qüvvələri onun xilas edilməsi üçün əməliyyat keçiriblər və bu zaman 1 polis öldürülüb. Prezidentin 10 saat xəstəxanada mühasirədə qaldığı bildirilir. Ekvadorun “Universo” qəzeti azı 3 nəfərin öldüyünü xəbər verib. Yaralıların sayı 74 nəfərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR