Bank Of Baku

Birləşmiş Ştatların pilotsuz təyyarəsinin iki hücumu nəticəsində 12 yaraqlı öldürülüb

Birləşmiş Ştatların pilotsuz təyyarəsinin iki hücumu nəticəsində 12 yaraqlı öldürülüb
# 03 oktyabr 2010 00:35 (UTC +04:00)
Bakı-APA. Pakistan rəsmilərinin bildirdiyinə görə, Birləşmiş Ştatların pilotsuz təyyarəsinin tayfaların yaşadığı və Əfqanıstanla həmsərhəd şimal-qərb bölgəsinə etdiyi iki hücum nəticəsində 12 yaraqlı öldürülüb.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, Pakistan kəşfiyyat xidmətinin rəsmiləri isə deyirlər ki, pilotsuz təyyarə Şimali Vəziristanın Datta Xel kəndinə 4 raket zərbəsi endirib. Bundan bir neçə saat sonra pilotsuz təyyarə həmin bölgəyə yenidən raket zərbəsi endirib. Rəsmilərin dediyinə görə, sentyabr ayında Birləşmiş Ştatların pilotsuz təyyarəsi şimal-qərb bölgəsinə 21 dəfə hücum edib. İndiyə qədər bir ay ərzində bu qədər hücum həyata keçirilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR