Bank Of Baku

Yamayka və Haitidə sel və qasırğa nəticəsində 16 nəfər həlak olub

Yamayka və Haitidə sel və qasırğa nəticəsində 16 nəfər həlak olub
# 03 oktyabr 2010 01:49 (UTC +04:00)
Bakı-APA. Yamayka və Haitidə sel və Nikole tropik qasırğası nəticəsində 16 nəfər həlak olub.
APA-nın СNNTURK agentliyinə istinadən verdiyi xəbərə görə, 11 nəfər itkin düşüb.

Yamayka nəqliyyat naziri Mihael Henry bildirib ki, qasırga ölkədə 100-dən çox yolu yararsız vəziyyətə salıb, iki körpünü dağılıb. Təbii fəlakətin vurduğu ümumi zərərin 4,7 milyon dollardan çox olduğunu bildirib.

Ölkədə on minlərlə adam su və elektrik enerjisi təminatından məhrumdur.

Haitinin cənubunda da qasırğa 5 adamın ölümünə gətirib çıxarıb.

Haitinin Mülki Müdafiə Xidmətinin başçısı Marie Alta Jean-Baptiste bildirib ki, bir nəfər itkin düşən adamın axtarışı aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR