Bank Of Baku

Vaşinqtonda ənənəvi Türk festivalı keçirilib

Vaşinqtonda ənənəvi Türk festivalı keçirilib
# 05 oktyabr 2010 02:39 (UTC +04:00)
Bakı-APA. Vaşinqtonda ənənəvi Türk festivalı keçirilib.
APA-nın voanews.com hər il oktyabr ayının ilk günləri keçirilən festivalın əsas məqsədi Türkiyənin və türkdilli xalqların mədəniyyəti, musiqisi, xalq rəqsləri və mətbəx ənənələrini tərənnüm etməkdir. Bir gün sürən festival bu il də paytaxt Vaşinqtonun minlərlə sakinini özünə cəlb etdi. Tamaşaçılar üçün hazırlanmış konsert proqramında Türkiyə ilə yanaşı, Azərbaycan, Özbəkistan və başqa türkdilli xalqların rəqsləri ifa edildi.
Musiqi və rəqslərlə yanaşı festivalın geniş proqramı çərçivəsində Türkiyə və Mərkəzi Asiyanın başqa ölkələri haqda məlumat stendləri və guşələr hazırlanmışdı. Artıq bir neçə ildir Türk festivalında Azərbaycanın da sərgisi yerləşdirilir. Festivalda daha bir guşə yeni yaradılmış Qarabağ Fondu üçün ayrılmışdır. Qarabağ Fondu həm də Amerika Türk Assosiasiyası ilə yanaşı festivalın sponsorlarından biri idi.
Türk festivalında ən çox marağa bazar, türk qəhvəsi pavilyonu və dönər kabab səbəb olur. Vaşinqton ətrafında türk restoranları gələnlərə öz ləziz xörəklərini təklif edirdi. Bu il festivalın təşkilatçıları dünyada ən böyük şiş kababın Ginnes kitabına düşəcəyinə ümid ediblər. Böyük bazarda isə zərgərlik əşyalarından tutmuş Mərkəzi Asiya ölkələrinin ənənəvi tikmələrinə qədər nəfis əl işlərinə rast gəlmək olar.
Türk festivalı Türkiyənin zəngin mədəniyyətinin Yaxın Şərq, Mərkəzi Asiya, Qafqaz və Balkanların mədəni ənənələri ilə bir bağlılığını nümayiş etdirir.
İldən ilə genişlənən festivalın gələn il də eyni vaxt keçirilməsi planlaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR