Bank Of Baku

BMT agentliyi nüvə yanacağı bankı yaratmaq istəyir

BMT agentliyi nüvə yanacağı bankı yaratmaq istəyir
# 04 dekabr 2010 21:42 (UTC +04:00)
Bakı-APA. BMT-nin nüvə məsələləri üzrə agentliyi beynəlxalq nüvə enerjisinin saxlanılması üzrə fondun yaradılması təklifini təsdiq edib.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə,
bu fond nüvə enerjisi proqramı olan ölkələrə uranı zənginləşdirməyə ehtiyac qalmadan reaktorları üçün yanacaq əldə etmək imkanı yaradacaq.
Nüvə yanacağı bankı uranı zənginləşdirmək istəyən ölkələr üçün açıq olacaq.
Söhbət atom elektrik stansiyalar üçün nəzərdə tutulan nüvə yanacağından gedir.
Bank Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən idarə olunacaq.
Siyasi sabirsizlik və nüvə elektrik stansiyalarının gücü artdığı dövrdə sözü gedən təsisat nüvə yanacağının etibarlı mənbəyinə çevriləcək.
Lakin bankın əsas məqsədi nüvə silahının yayılmasının qarşısını almaqdır.
Çünki zənginləşdirilmiş uran elektrik enerjisinin istehsalı ilə yanaşı, eləcə də atom bombasının hazırlanması üçündə istifadə oluna bilər.
Nüvə bankına ABŞ və Beynəlxalq Atom Enerjisi Agentliyinin idarə heyətinə daxil olan 35 üzv ölkənin əksəriyyəti tərəfindən dəstək verilir.
Rusiya artıq buna bənzər əməliyyatı həyata keçirir və məlumatlara görə, Qazaxıstan Beynəlxalq Atom Enerjisi Agentliyinin nüvə yanacağı bankı üçün yerləşmə bazası rolunu oynaya bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR