Bank Of Baku

ABŞ və Cənubi Koreya arasında azad ticarətə dair yeni razılaşma imzalanıb

ABŞ və Cənubi Koreya arasında azad ticarətə dair yeni razılaşma imzalanıb
# 04 dekabr 2010 23:31 (UTC +04:00)
Bakı-APA. ABŞ prezidenti Barak Obama Cənubi Koreya ilə azad ticarətə dair yeni razılaşmanın Amerika iqtisadiyyatının bərpası prosesinin sürətləndirilməsində əsas rol oynayacağını bildirib. APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, prezident Obama bu açıqlamaları Vaşinqtonda jurnalistlərlə söhbəti zamanı deyib. O, razılaşmanın ABŞ ixracatının ildə 11 milyard dollar artması və 70 000 iş yerinin saxlanılmasına xidmət edəcəyini qeyd edib. ABŞ prezidenti bildirib ki, müqavilə Cənubi Koreya bazarına çıxış imkanlarını genişləndirərək, xüsusilə Amerikanın avtomobil sənayesi üçün faydalı olacaq. Müqavilə hər iki ölkənin qanunvericilik orqanı tərəfindən təsdiq edilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR