Bank Of Baku

Argentina Fələstin dövlətini 1967-ci il sərhədlərində tanıyıb

Argentina Fələstin dövlətini 1967-ci il sərhədlərində tanıyıb
# 06 dekabr 2010 23:53 (UTC +04:00)
Bakı-APA. Argentina Fələstin dövlətini 1967-ci il 4 iyun sərhədlərində, yəni «Altıgünlük» müharibədən əvvəlki sərhədlərdə tanıdığını bəyan edib. Bu barədə Argentinanın xarici işlər naziri Hektor Timerman məlumat verib.

«Argentina prezidenti Kristina Fernandes de Kirşner bu gün Fələstin Milli Muxtariyyətinin başçısı Mahmud Abbasa göndərdiyi məktubda Fələstini 1967-ci il sərhədlərində müstəqil dövlət kimi tanıdığını bəyan edib», deyə nazir bildirib.

Xatırladaq ki, bir neçə gün öncə analoji addımı Braziliya da atmışdı.

İsrail Argentinanın bu qərarından təəssüfləndiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR