Bank Of Baku

ABŞ Senatı bu həftə SHS barədə sazişi təsdiq edəcək

ABŞ Senatı bu həftə SHS barədə sazişi təsdiq edəcək
# 21 dekabr 2010 02:14 (UTC +04:00)
Bakı-APA. Respublikaçı senatorlar demokratlara uduzduqlarını və Senatın bu həftə strateji hücum silahlarının ixtisarı barədə sazişi təsdiqləyəcəyini etiraf ediblər. APA-nın məlumatına görə bu barədə öz mənbələrinə istinadən Hill qəzeti məlumat verib.

«Respublikaçı senatorlar şəxsi söhbətlərində etiraf edirlər ki, bu həftə SHS barədə sazişin təsdiqlənəcəyini gözləyirlər», deyə qəzet yazıb.

Dünən Senatda saziş üzrə debatlar davam edib. Respublikaçılar sənədə qarşı yeni iddialar irəli sürsələr də heç bir dəyişikliyə nail ola bilməyiblər. ABŞ administrasiyası narazı respublikaçılara təzyiq göstərmək üçün Senatın qapalı iclasını keçirib. Qapalı iclasda ABŞ Milli kəşfiyyatının direktoru Ceyms Klepperin özü senatorları sazişin təsdiqlənməsinə razılıq verməyə inandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR