Bank Of Baku

Güclü yağış Kaliforniya sakinlərini təxliyə olunmağa məcbur edib

Güclü yağış Kaliforniya sakinlərini təxliyə olunmağa məcbur edib
# 21 dekabr 2010 00:49 (UTC +04:00)
Bakı-APA. ABŞ-ın Sakit okean sahillərində rekord miqdarda yağıntı düşüb. Artıq dördüncü gündür ki, burada yağış yağır.

Ölkənin Milli meteoroloji xidmətinin məlumatına görə, Kaliforniya ştatının bəzi rayonlarında 2005-ci ildən sonra ən intensiv yağışlar qeydə alınıb.

Ən mürəkkəb vəziyyət San-Xoakin vadisində yaranıb. Burada 500 ev suyun altında qala bilər. Hökumət 2 min nəfərin təxliyə olunması barədə göstəriş verib.

Palçıq seli və daş axını ucbatından sahilboyu 30 km-lik şose bağlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR