Bank Of Baku

Argentinanın keçmiş diktatoru ömürlük həbs cəzasına məhkum edilib

Argentinanın keçmiş diktatoru ömürlük həbs cəzasına məhkum edilib
# 23 dekabr 2010 04:13 (UTC +04:00)
Bakı-APA. Argentinanın Kordoba əyalətinin məhkəməsi ölkənin keçmiş prezidenti Xorxe Rafael Videlanı bəşəriyyətə qarşı cinayətlərə görə ömürlük həbs cəzasına məhkum edib.

Daha öncə 1985-ci ildə Videla 1976-1981-ci illər hərbi diktaturası dövründə işgəncə və qətllərə görə ömürlük həbs cəzasına məhkum edib.

APA-nın məlumatına görə, 85 yaşlı Videla 31 siyasi məhbusun ölümündə müqəssir bilinib. O cəzasını ümumi rejimli həbsxanada çəkəcək. Argentinada 70 yaşından yuxarı məhbusların cəzası ev dustaqlığına dəyişilsə də, məhkəmə bu müddəanın Videlaya qarşı tətbiq olunmayacağını təsdiq edib.

Məhkəmənin qərarı ilə razı olmayan Videla ölkədəki xaosu yatırmaq üçün silahdan istifadə etməyə məcbur olduğunu bildirib.

Videla quru qoşunlarının komandanı vəzifəsində olarkən diktaturaya başçılıq etməyə başlayıb. Onun hakimiyyəti dövründə həmkarlar ittifaqları və nümayişlər qadağan olunub, faktiki olaraq məhkəmə hakimiyyəti fəaliyyət göstərməyib. O müxalifətə qarşı «çirkli müharibə» adını almış sərt siyasət yeridib. Onun dövründə 30 min insanın həlak olduğu bildirilir.

1985-ci ildə Argentina məhkəməsi Videlanı ömürlük həbs cəzasına məhkum edib. Lakin 1990-cı ildə ölkənin prezidenti Karlos Menem diktatoru əfv edib. 1998-ci ildə məhkəmə xuntanın dövründə siyasi məhbusların övladlarının üçüncü şəxslər tərəfindən övladlığa götürülməsi ilə bağlı Videlanın həbsinə order verib. Lakin məhkumun yaşını nəzərə alaraq məhkəmə həbsi ev dustaqlığı ilə əvəz edib. 2006-cı ildə Menemin əfv barədə fərmanı qeyri-konstitusion elan olunub və məhkəmə istintaqı yenidən başlayıb. 2008-ci ildə Videla yenidən həbs olunaraq hərbi həbsxanaya yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR