Bank Of Baku

Türkiyənin baş naziri ABŞ demokratlarının aparıcı simaları ilə görüşüb

Türkiyənin baş naziri ABŞ demokratlarının aparıcı simaları ilə görüşüb
# 20 dekabr 2006 11:50 (UTC +04:00)
BMT-də keçirilən “Mədəniyyətlər ittifaqı” toplantısı ilə bağlı ABŞ-ın Nyu-York şəhərində olan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Demokratlar Partiyasının önəmli simaları ilə görüşüb. APA-nın xəbərinə görə, R. T. Ərdoğan senator Edvard Kennedi və dövlət katibinin keçmiş müavini Riçard Holbruk ilə görüşərək iki ölkə münasibətlərinin hazırkı durumunu və perspektivlərini müzakirə edib. Xatırladaq ki, demokratlar ABŞ Konqresinə keçirilən seçkilərdə qalib gələrək həm Nümayəndələr Palatası, həm də Senatda çoxluğu ələ keçiriblər. Hazırda erməni lobbisi qondarma “soyqırım”ın Konqresdə tanınması üçün ciddi hazırlıq işləri görür. Müşahidəçilər R. T. Ərdoğanın nüfuzlu demokratlarla bir araya gəlməsini Ankaranın profilaktik addımlarından biri kimi qiymətləndirirlər. Baş nazir ABŞ-dakı yəhudi lobbisinin nümayəndələri və ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincerlə də görüşəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR