Bank Of Baku

Qondarma “erməni soyqırımı” ilə bağlı qanun layihəsi ABŞ Nümayəndələr Palatasına təqdim ediləcək

Qondarma “erməni soyqırımı” ilə bağlı qanun layihəsi ABŞ Nümayəndələr Palatasına təqdim ediləcək
# 08 yanvar 2007 09:00 (UTC +04:00)
Qondarma “erməni soyqırımı”nın tanınmasını nəzərdə tutan qanun layihəsi bu yaxınlarda ABŞ Nümayəndələr Palatasının müzakirəsinə təqdim ediləcək. APA-nın xəbərinə görə, bunu Nümayəndələr Palatasının üzvü Adam Şiff bildirib. Los-Anceles şəhərindəki Türkiyə Baş Konsulluğunun qarşısında ermənilərin keçirdiyi 5 günlük aclıq aksiyası ilə bağlı açıqlama verən A. Şiff Konqresin yeni rəhbərliyinin köməyi ilə layihəni təsdiqlətdirə biləcəklərinə inandığını deyib. Vaşinqtondakı müşahidəçilər də qanun layihəsinin qəbul edilməsi ehtimalının kifayət qədər yüksək olduğunu söyləyirlər. Prezidentliyi dövründə erməni lobbisinin cəhdlərini əngəlləyən Bill Klinton Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşündə bildirib ki, bu dəfə “soyqırım” layihəsinin qarşısını almaq çox çətin olacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR