Bank Of Baku

Hər 15 saniyədən bir ABŞ əhalisinin sayı 1 nəfər artır

Hər 15 saniyədən bir ABŞ əhalisinin sayı 1 nəfər artır
# 08 yanvar 2007 09:21 (UTC +04:00)
2007-ci il yanvarın 1-də ABŞ əhalisinin sayı 300 milyon 888 min 812 nəfər təşkil edib. APA-nın məlumatına görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz, yaxud 2 milyon 863 min 990 nəfər artıqdır. Bu ilin yanvar ayında ABŞ-da hər 8 saniyədən bir yeni uşaq doğulur, hər 11 saniyədən bir isə bir nəfər vəfat edir. Ölkədə əhali artımında miqrasiya prosesinin də rolu böyükdür. Hər 27 saniyədən bir ABŞ ərazisinə yeni mühacir daxil olur. Ümumilikdə isə hər 15 saniyədən bir ABŞ əhalisinin sayı 1 nəfər artır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR