Bank Of Baku

ABŞ-ı BMT-də müsəlman təmsil edəcək

ABŞ-ı BMT-də müsəlman təmsil edəcək
# 09 yanvar 2007 13:49 (UTC +04:00)
ABŞ-ı BMT-də tarixdə ilk dəfə olaraq bir müsəlman təmsil edəcək. APA-nın məlumatına görə, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi bu ölkənin İraqdakı keçmiş səfiri Zalmay Xəlilzad olacaq. Onu Bağdadda ABŞ-ın Pakistandakı səfiri Rayan Kroker əvəz edəcək. R. Kroker ixtisasca şərqşünasdır, Mərakeş və Türkiyədə böyüyüb başa çatıb. Təyinatlara münasibət bildirən dövlət katibi Kondoliza Rays bildirib ki, BMT yanında yeni səfirin əsas vəzifəsi İraq, Əfqanıstan və Yaxın Şərqdəki vəziyyətin dəyərləndirilməsindən ibarətdir və ona görə də həmin vəzifədə Şərqin incəliklərini başa düşən insan təmsil olunmalıdır. Qeyd edək ki, milliyyətcə puştun olan Z. Xəlilzad Əfqanıstanda doğulub və Livanda təhsil alıb. O, karyerası boyunca Ağ Evdə islam dünyası problemləri üzrə məsləhətçi vəzifəsində çalışıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR