Bank Of Baku

Ermənilərin etirazlarına baxmayaraq, Corc Buş ABŞ-ın Ermənistandakı səfiri vəzifəsinə yenidən Riçard Hoqlandın namizədliyini irəli sürüb

Ermənilərin etirazlarına baxmayaraq, Corc Buş ABŞ-ın Ermənistandakı səfiri vəzifəsinə yenidən Riçard Hoqlandın namizədliyini irəli sürüb
# 10 yanvar 2007 09:23 (UTC +04:00)
Prezident Corc Buş ermənilərin etirazlarına baxmayaraq, ABŞ-ın Ermənistandakı səfiri vəzifəsinə yenidən Riçard Hoqlandın namizədliyini irəli sürüb. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, C. Buş Konqresin yeni tərkibinin fəaliyyətə başlamasından sonra R. Hoqlandı bir daha bu vəzifəyə təqdim edib. Halbuki erməni lobbisi prezidentdən yeni təyinat gözləyirdi. Xatırladaq ki, R. Hoqlandın səfir postuna namizəd göstərildikdən sonra Senatdakı çıxışında “erməni soyqırımı” ifadəsini işlətməməsi ermənilərin qəzəbinə səbəb olmuş və ermənipərəst senatorlar onun bu vəzifəyə təsdiqlənməsini əngəlləmişdilər. Bundan sonra erməni lobbisini dəstəkləyən demokrat senatorlar Robert Menendez və Harri Reyd dövlət katibi Kondoliza Raysa məktub yazaraq ABŞ-ın Ermənistandakı səfiri postuna başqa bir diplomatın namizədliyinin irəli sürülməsini xahiş etmişdilər. Lakin dövlət katibinin müavini Nikolas Berns onlara göndərdiyi cavab məktubunda səfir təyinatının siyasətə alət edilməsinin yolverilməz olduğunu bildirmişdi. Qeyd edək ki, ABŞ-ın Ermənistandakı əvvəlki səfiri Con Evans dövlət siyasətinə zidd olaraq “erməni soyqırımı” ifadəsini işlətdiyi üçün vaxtından əvvəl geri çağırılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR