Bank Of Baku

Erməni lobbisi Riçard Hoqlandın ABŞ-ın Ermənistandakı səfiri vəzifəsinə təyinatını növbəti dəfə əngəlləyib

Erməni lobbisi Riçard Hoqlandın ABŞ-ın Ermənistandakı səfiri vəzifəsinə təyinatını növbəti dəfə əngəlləyib
# 12 yanvar 2007 09:34 (UTC +04:00)
Ermənipərəst senator Robert Menendez diplomat Riçard Hoqlandın ABŞ-ın Ermənistandakı səfiri vəzifəsinə namizədliyinə növbəti dəfə veto qoyub. APA-nın xəbərinə görə, uydurma “erməni soyqırımı”nı tanımayan R. Hoqlandın təyinatı yanvarın 11-də R. Menendez tərəfindən ikinci dəfə əngəllənib. Xatırladaq ki, prezident Corc Buş ermənilərin etirazlarına baxmayaraq, bir neçə gün əvvəl ABŞ-ın Ermənistandakı səfiri vəzifəsinə ikinci dəfə Riçard Hoqlandın namizədliyini irəli sürmüşdü. ABŞ qanunvericiliyinə əsasən hər hansı Senat üzvü səfir vəzifəsinə namizədliyi irəli sürülən şəxsin təyinatına veto qoymaq hüququna malikdir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR