Bank Of Baku

Kondoliza Rays: “Mümkün problemləri nəzərə alaraq İraqın ərazi bütövlüyünü dəstəkləmək qərarı vermişik”

Kondoliza Rays: “Mümkün problemləri nəzərə alaraq İraqın ərazi bütövlüyünü dəstəkləmək qərarı vermişik”
# 12 yanvar 2007 11:28 (UTC +04:00)
ABŞ dövlət katibi Kondoliza Rays və Pentaqon rəhbəri Robert Qeyts Konqresdə ABŞ-ın İraqda uğursuzluğa düçar olacağı təqdirdə mümkün böhran ssenarilərini açıqlayıblar. APA-nın məlumatına görə, Kondoliza Rays bildirib ki, ABŞ-ın İraq siyasəti uğursuzluğa düçar olarsa, kürdlər bu ölkənin tərkibində qalmaq istəməyəcək. “Bu isə Türkiyə ilə kürdlər arasında ciddi problemlərə səbəb ola bilər. ABŞ İraqa daxil olan zaman Türkiyə və iraqlı kürdlər, İran ilə Cənubi İraq, sünnilər ilə digər regionların əhalisi arasında yaşanmış problemləri nəzərə alaraq bu ölkənin ərazi bütövlüyünün qorunması siyasəti davam etdirməyə qərar verib. Uğursuzluğa düçar olmağımız İranın bütün bölgədə uzun müddətli nüfuza sahib olması ilə nəticələnəcək və İran İraqın cənubunda istədiyi işi edəcək. Bu isə regionda sünni-şiə qarşıdurmasının son həddə çatmasına səbəb ola bilər. Ölkənin şimalında isə kürdlər İraqın bir parçası olmaq istəməyərək öz dövlətlərini qurmağa cəhd göstərə bilərlər ki, bu da Türkiyəni ciddi problemlərə sürükləyə bilər”. Kondoliza Rays çıxışında Türkiyə İraq sərhədindən terrorçuluq fəaliyyətini doğurduğu təhlükənin aradan qaldırılması ifadəsini işlətsə də, PKK-nın adını çəkməyib, PKK əvəzinə Kürdüstan İşçi Partiyası ifadəsinə üstünlük verib. Robert Qeyts isə çıxışında ABŞ-ın İraqdan çıxacağı təqdirdə İranın bölgədə nüfuzunun artacağını bildirib. “Bu vəziyyətdən təkcə İran deyil, Türkiyə, Suriya və digər sünni dövlətləri də yaralanmağa çalışa bilər. Daha bir ehtimal ordu İraqı tərk edəcəyi təqdirdə bölgədə etnik təmizləmə ehtimalının artacağıdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR