Bank Of Baku

“Ford” və “General Motors” şirkətləri “Patriot” və “Tomahawk” raketlərinin istehsalına başlaya bilər

“Ford” və “General Motors” şirkətləri “Patriot” və “Tomahawk” raketlərinin istehsalına başlaya bilər
# 23 iyun 2026 04:24 (UTC +04:00)

ABŞ-ın “Ford” və “General Motors”, eləcə də digər avtomobil istehsalçıları tezliklə ölkənin silahlı qüvvələrini gücləndirmək üçün silahlar, o cümlədən “Patriot” hava hücumundan müdafiə sistemi üçün raketlər və “Tomahawk” qanadlı raketləri istehsal etməyə başlaya bilərlər.

APA xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə söhbəti zamanı deyib.

O, iyunun 24-də ABŞ-ın ən böyük silah istehsalçılarının nümayəndələri ilə görüşməyi planlaşdırdığını təsdiqləyib.

"Biz ölkənin hər yerində çoxlu fabriklər tikirik. Onlar “General Motors” və “Ford” ilə danışıqlar aparırlar. Amma bilirəm ki, “General Motors” hazırda silah istehsalı ilə bağlı çox həyəcanlıdır. Onların istehsalı dəyişə biləcəkləri bir neçə fabriki var. Biz “Tomahawk” da daxil olmaqla “Patriot”lar və daha çox silah istehsal edəcəyik", - Tramp bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR