Bank Of Baku

ABŞ İranda zərbə endirəcəyi obyektlərin siyahısını hazırlayıb

ABŞ İranda zərbə endirəcəyi obyektlərin siyahısını hazırlayıb
# 20 fevral 2007 12:09 (UTC +04:00)
APA-nın məlumatına görə, BBC telekanalının təhlükəsizlik məsələləri üzrə şərhçisi Frenk Qardner diplomatik mənbələrə istinadən bildirib ki, ABŞ planları potensial nüvə obyektlərinin aramsız bombardman edilməsi ilə məhdudlaşmayacaq. Onun sözlərinə görə, Pentaqon təmsilçiləri İranın Hərbi-Hava Qüvvələri, Hərbi-Dəniz Qüvvələri, Hava Hücumundan Müdafiə obyektləri, hərbi-sənaye kompleksi müəssisələrinin bombardman edilməsi ilə bağlı plan hazırlayıblar. Hava zərbələri endiriləcək obyektlərin siyahısına Natanz və İsfahanda uranın zənginləşdirilməsi zavodları, Arak və Buşəhrdəki müəssisələr də daxildir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR