Bank Of Baku

Meksika ABŞ-ı İraq xalqına qarşı soyqırım törətməkdə ittiham edib

Meksika ABŞ-ı İraq xalqına qarşı soyqırım törətməkdə ittiham edib
# 23 fevral 2007 11:27 (UTC +04:00)
Meksika Senatı İraqda döyüşməkdən imtina edən Meksika kökənli ABŞ əsgərinin mühakimə olunmasını qınayan sənədi yekdilliklə qəbul edib. APA-nın məlumatına görə, sənəddə ABŞ İraq xalqına qarşı soyqırım və qətliam törətməkdə də suçlanılır. Sənəddə deyilir: “ABŞ-ın ABŞ İraq xalqına qarşı törətdiyi soyqırımda iştirak etmeyi vicdanına yaraşdırmayaraq rədd edən çavuş Aqustin Aquayonun hərbi məhkəmədə mühakimə olunmasını şiddətlə qınayırıq”. Meksika parlamentinin üzvləri ölkə prezidenti Felipe Kalderondan Aqustin Aquayonun azadlığa buraxılması üçün tədbirlər görməyi də tələb ediblər.
Qeyd edək ki, 2000-ci ildə ABŞ vətəndaşlığını qəbul edən 35 yaşlı tibbi xidmət çavuşu A. Aquayo 2004-cü ildə İraqda hərbi xidmətə başladıqdan sonra silahını doldurmaq barədə əmri rədd etmiş, hərbi hissəsi ilə birlikdə Almaniyadakı bazasına dönmüş və İraqa ikinci dəfə getməkdən imtina etmişdi. Sonradan o, Meksikaya qaçsa da, Los-Ancelesdə həbs edilmişdi. Hazırda Almaniyanın Mannheim şəhərindəki ABŞ hərbi bazasında saxlanılan A.Aquayonu 7 il həbs cəzası gözləyir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR